Şənbə , 11 May 2024

Siyasət

“Şuşa Bəyannaməsi strateji müttəfiqlikdən daha yüksək məna daşıyır” – Bilal Dündar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Zirvə toplantısından həmən sonra Azərbaycana – birbaşa Şuşaya rəsmi səfər eləməsi, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən məhz bu tarixi şəhərdə qarşılanması, nəhayət, xalqımız üçün Qars Müqaviləsi qədər əhəmiyyətli olan Şuşa Bəyannaməsinin imzalanması dünya mətbuatının gündəmində yerini qorumaqdadır. Ölkələrimiz arasında imzalanmış müttəfiqlik sazişi göstərir ki, bundan sonra ölkələrimizdən hər hansına xaricdən təhlükə yaranarsa, o …

Read More »

Azay Quliyev seçicilərlə görüş keçirib – FOTO

Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti, 180/20 saylı binanın həyətində açıq havada seçiciləri ilə karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib.Görüşdə iştirak edən seçicilər sahibkarlıq fəaliyyətində yaranan problemlər, abadlıq-quruculuq işləri, kommunal və məşğulluq məsələləri ilə bağlı deputata müraciətlərini çatdırıblar.Seçicilərin qaldırdıqları məsələləri görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri , o cümlədən rayon bələdiyyəsinin rəhbəri …

Read More »

Ukraynalı politoloq: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tarixi məqamdır

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tarixi məqamdır. Bu sənəd tərəfdaşlığın müstəsna səviyyədə olmasını bir daha təsdiq edir və tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün yol xəritəsini müəyyən edir. Sənəddə iqtisadi sahədə əməkdaşlıqdan başlamış hərbi sferada müttəfiqlik öhdəliklərinə qədər çox geniş məsələlərdən söhbət gedir. Belə mövzu əhatəliliyi Ankara ilə Bakı arasında dostluq münasibətlərinin dərinliyini və dəyişməzliyini bir daha vurğulayır. Ukrayna Milli …

Read More »

Cəbi Quliyev: Şuşa Bəyannaməsi təkcə iki ölkənin deyil, ümumilikdə regionun inkişafı baxımdan önəmlidir

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi tarixi sənəddir və bu bəyannamənin Şuşada imzalanması bir sıra məqamlara aydınlqı gətirmiş oldu.” Bunu “İki sahil”ə Milli Məclisin deputatı Cəbi Quliyev Şuşa Bəyannaməsi ilə bağlı fikrilərini bölüşərkən deyib. Onun sözlərinə görə, əsas qayəsini Qars müqaviləsindən götürən və BMT-nin Nizamnaməsinə uyğun hazırlanan bu Bəyannamə siyasi, iqtisadi, təhlükəsizlik və geosiyasi münasibətlərin inkişafı baxımdan …

Read More »

Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək

Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışında səsləndirib. Türkiyə Prezidenti deyib: “Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının …

Read More »

Vüsal Qasımlı: “Şuşa bəyannaməsi milli iqtisadiyyata yeni imkanlar açır”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin iqtisadi təfərrüatlarını şərh edib. Boyukmillet.com xəbər verir. V.Qasımlının sözlərinə görə, bu bəyannamə ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq: “Türkiyə 2020-ci ildə 1,8 % iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla …

Read More »

Türkiyə Prezidenti: “Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq”

“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq işləri yaxından izləyirik. Şuşaya gələn zaman işlərin aparıldığını gördük, gördünüz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib. “Bir tərəfdən yollar çəkilir, elektrik stansiyaları inşa edilir. Bütün bunlarla bərabər isə susuz olan bu bölgə suya qovuşur. Bütün …

Read More »

Azərbaycan və Türkiyə tərəfindən 1915-ci il hadisələri ilə bağlı araşdırmalar aparılacaq

Azərbaycan və türk diasporları arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Boyukmillet.com xəbər …

Read More »

Ərdoğan: Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajlar çox önəmlidir

“Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirəm”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib. “Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram” – Rəcəb Tayyib Ərdoğan deyib.

Read More »

Türkiyə Prezidenti: “Şuşada konsulluq açacağıq”

“Türkiyə olaraq ən qısa zamanda Şuşada Baş Konsulluq açmağı planlaşdırırıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib. “Beləcə, bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.

Read More »