Bazar , 11 Yanvar 2026

Sosial müdafiə

Türkiyəyə müalicəyə göndərilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

“Bu günə qədər “YAŞAT” Fondu 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür”. Boyukmillet.com  xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib. Onun sözlərinə görə, müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb: “Hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir. Ümumilikdə keçən müddət ərzində müalicə və …

Read More »

Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirib 

“Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bir qrup qazinin narazılığına münasibət bildirərkən deyib. O söyləyib ki, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: “Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, …

Read More »

Nazir: “Əmək bazarında peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var”

“Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, dünyada gənclərin məşğulluğu ümumi məşğulluqdan daha aşağı olur: “Gənclər üçün bir sıra proqramlar nəzərdə tuturuq. Həm BMT ilə birgə həyata keçiriləcək layihələrdə, həm də dövlət vəsaiti hesabına reallaşdırılacaq layihələrdə gənclərə xüsusi yer ayrılıb. Bir çox hallarda ali …

Read More »

Nazir müavini: “791 milyon manatın pensiya adı altında mənimsənilməsinin qarşısı alınıb”

“2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 306 milyon manat, və ya 6 faiz artımla nəzərə alınıb”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, fərdi uçot və pensiya sistemində …

Read More »

Sahil Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün görülən işləri açıqlayıb

“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur”. Boyukmillet.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfransda deyib. Nazir ölkədə son üç il ərzində 4 milyon …

Read More »

Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verilib

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Vətən müharibəsi əlillərinə avtomobillər təqdim edilib. Boyukmillet.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edib. Təqdimetmə mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili Arzu Nağıyev, Vətən Müharibəsi qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ qaziləri” İB-nin …

Read More »

Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcək

“Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Bu il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub”. Boyukmillet.com xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ötən il …

Read More »

DSMF sədri: “Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb”

Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib. O, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdünün də artdığını vurğulayıb: “1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb, 1-ci …

Read More »

Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub

Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib. O bildirib ki, şəhid ailələri üzvlərindən 7 979 nəfərə 15 943, müharibə əlillərindən 2 …

Read More »

Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək

“Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar”. Boyukmillet.com-un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. Onun sözlərinə görə, hazırda uşaqlarda I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb: “Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”.

Read More »