Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlara 430 manat veriləcək

“Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar”.

Boyukmillet.com-un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda uşaqlarda I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb: “Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”.

Check Also

Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat …