Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği məlum olub. Boyukmillet.com xəbər verir ki, indiyədək fonda 62 122 994,24 manat yığılıb. Həmin vəsaitdən 17 308 291,76 manatı fiziki şəxslər, 44 814 702,48 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 36 517 474,14 manatı xərclənib. Vəsaitin qalığı isə 25 605 520,1 manatdır. Qeyd edək ki, ötən ay fonda yığılan …
Read More »Ehtiyatda olan baş leytenanta əlillik verilməsindən imtina edilməsi xəbəri əsassızdır
“Sosial şəbəkə səhifəsində ehtiyatda olan baş leytenant Dəmirov Yusif Elşad oğluna guya əlillik verilməsindən imtina edilməsi barədə yayılan məlumat əsassızdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb. “Nə onun özü, nə də aidiyyəti qurumla dəqiqləşdirilmədən belə həqiqətdən uzaq məlumat payaşılması media prinsiplərinə və peşəkarlığına ziddir. Vətən müharibəsində yaralanmış Yusif Dəmirov əlilliyinin qiymətləndirilməsi üçün …
Read More »Prezident əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının …
Read More »Nazir: “Şəhid ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşmaq üzrədir”
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial-iqtisadi islahatların uğurları sosial sığorta sistemində də özünü göstərir. Son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) büdcədən transfert 40%-dən 25%-ə enib. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin fəaliyyət sahələrində bu ilin …
Read More »Şəhid ailələri və qazilərlə bağlı Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər üzrə pasportlar (reqlamentlər) hazırlanıb. Boyukmillet.com xəbər verir ki, nazirlikdən “Report”a verilən məlumata görə, bunu vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək dövlət orqanları …
Read More »Agentlik sədri: “5 540 şəhid ailəsi üzvünə vəsiqə təqdim olunub”
“Baxımsız, zorakılığa məruz qalan uşaqlar və onların valideynləri ilə fərdi profilaktik işin icma daxilində qurulması layihəsinin keçiriləcəyi pilot rayonlar seçilib, təlim proqramı hazırlanıb, təlim mövzuları müəyyən edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, fərdi profilaktik iş üzrə nümunəvi plan hazırlanıb …
Read More »Prezident İlham Əliyev şəhid jurnalistlərin ailələrinə ev verib
22 iyul – Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin – AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib. Boyukmillet.com xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını …
Read More »Nazir: “Azərbaycanda 47 DOST filialı yaradılacaq”
“2025-ci ilə qədər DOST xidmətlərinin bütün ölkə üzrə əhatəsi planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev REAL-a müsahibəsində deyib. Nazirin sözlərinə görə, ölkə üzrə 17 regional mərkəz olacaq: “Bir regional mərkəz Naxçıvan Muxtar Respublikada, biri işğaldan azad olunan ərazilərdə, 5-i Bakıda, digərləri isə bölgələrdə fəaliyyət göstərəcək. 47 DOST filialı yaradılacaq. Bütün işğaldan azad edilən …
Read More »Azərbaycan Prezidenti: “Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”
Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim …
Read More »İyulun 15-də respublika üzrə bütün pensiyalar ödəniləcək
İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundən məlumat verilib.
Read More »