Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: “Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”.
Read More »Azərbaycanda özəl pensiya fondu yaradılır
Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
Read More »Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb
Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəllər isə bu müddət 30 ay idi.
Read More »Şəhid ailələrinə, müharibə əlillərinə daha 200 mənzil və fərdi ev verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib. Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid …
Read More »Azərbaycan Karyera İnkişaf Forumu keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə üçüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və …
Read More »Agentlik sədri: “Əmək bazarında ciddi uyğunlaşmaya gedilməlidir”
Bu gün yeni yaranan peşələrin sayı əmək bazarından çıxan peşələrin sayından çoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, əmək bazarında ciddi uyğunlaşmaya gedilməlidir.
Read More »Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq
Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: “Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. …
Read More »Laçına qayıdanların yeni şəraitə adaptasiyasına kömək üçün təlimlər keçirilib
31 ildən sonra Laçın şəhərinə qayıdan sakinlərin yeni şəraitə adaptasiyasına kömək edə biləcək təlimlər təşkil olunub. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi “Azad Laçında yeni həyata dəstək” layihəsi çərçivəsində Laçına səfər təşkil edib. Layihənin məqsədi doğma yurduna geri dönən insanların yeni şəraitə adaptasiyasına kömək göstərmək və onların yeni bilik və bacarıqlar …
Read More »Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar müsabiqənin nəticələri elan olunub
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar cari ildə elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub. Boyukmillet.com xəbər verir ki, yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib. Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 72 namizəd tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Read More »Sahil Babayev: “Son 12 ildə İƏT üzv ölkələrində işsizlik səviyyəsi nisbətən pisləşib”
“Son 12 ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi nisbətən pisləşib”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, işsizliklə bağlı çağırışlar hələ də gündəmdədir: “Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər …
Read More »