Cümə axşamı , 16 May 2024

Təhsil

Əli Əsədov Artur Rasizadənin imzaladığı qərarı ləğv edib

Baş nazir Əli Əsədov subbakalavrların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması ilə bağlı qaydanı ləğv edib. Boyukmillet.com xəbər verir ki, Ə.Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Belə ki, “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında” Nazirlər Kabinetinin 2009-cu il 22 dekabr tarixli …

Read More »

Sabah Novruzun ilk çərşənbəsidir

Sabah Novruzun ilk çərşənbəsidir. Boyukmillet.com xəbər verir ki, fevral ayının 22-si ilin ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunacaq. Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, …

Read More »

DİM 17 mindən artıq bakalavr üçün magistraturaya qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) fevralın 20-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirəcəyi qəbul imtahanında 17097 bakalavrın iştirakı nəzərdə tutulub. Mərkəzdən “Report”a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan binasında aparılacaq. Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki …

Read More »

AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib. AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb: Bundan başqa, prezidentin silahlanmış şəxslərlə …

Read More »

Kəlbəcər təhsilində etwinning layihəsi-“Kəlbəcərə qayıdış”.

Bütün çətinliklərə, nöqsan və çatışmazlıqlara rəğmən Azərbaycan təhsilində islahatlar, inkişaf və yeni nailiyyətlər aşıq şəkildə hiss olunmaqdadır. Təhsilimiz Avropa və dünya təhsil sisteminə inteqrasiya olunur. Ali məktəblərimiz boloniya sisteminə qoşulur, orta ümumtəhsil məktəblərimiz müxtəlif ölkələrin məktəbləri ilə ortaq layihələr həyata keçirir, təcrübə mübadiləsi aparır, gənclərimiz dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alır, müxtəlif beynəlxalq layihələrin icrasında iştirak edir və özləri …

Read More »

AMEA-da təcili müşavirə keçirilib, Kərim Şükürovun istefası qəbul olunmayıb

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun Baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsini qəbul etməyib. Bu barədə “Report”un sorğusuna cavab olaraq akademiyadan bildirilib. Qeyd olunub ki, K.Şükürov bu gün günorta saatlarında vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə …

Read More »

Səlcuq Bayraktar Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə qoşulmaq çağırışı edib

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalı ilə bağlı çağırış edib. Boyukmillet.com xəbər verir ki, Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb. “Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, – Bakraktar sosial şəbəkədəki hesabında yazıb. Qeyd edək ki, texnologiya, elm, …

Read More »

Görkəmli dilçi-alim Afad Qurbanovun anadan olmasının 93 illiyidir

Bu gün Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, beynəlxalq və milli akademiyaların akademiki Afad Qurbanovun anadan olmasının 93 illiyidir. Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistan SSR Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olub. O, pedaqoji fəaliyyətə 16 …

Read More »

Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub

Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olunub. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb. Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Agentlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb. Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə …

Read More »

İndiyədək Bakıda 172 məktəbə Milli Qəhrəman və şəhidlərin adı verilib

Bakıda 172 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, 2021-ci təqvim ilində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib. Bakı şəhəri 98 nömrəli tam orta …

Read More »