Cümə , 3 May 2024

Tarixi günlər

Bakı metrosunda baş verən dəhşətli qəzadan 26 il ötür

28 oktyabr 1995-ci ildə Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib Boyukmillet.com xəbər verir ki, 22 il öncə baş verən hadisə zamanı “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.  Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə …

Read More »

Zəngilanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.  Boyukmillet.com xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. Oktyabrın …

Read More »

1 sentyabr tarixi Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısıBakı Tacir Bankının bank şurasının sədriHacı Zeynalabdin Tağıyev (1823c1838 dəqiq deyil)ü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur.Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq …

Read More »

Bu gün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anım günüdür.

Əbülfəz Elçibəyin vəfatından 21il ötür. Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə …

Read More »

Tarixdə bu gün: Bəxtiyar vahabzadənin doğum günüdür

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır. Bu gün Bəxtiyar Vahabzadənin anadan olmasının 96-cı ildönümü tamam olub. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən …

Read More »

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 29 il keçir

Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 29 il keçir. Boyukmillet.com-un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası mərhum prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub. 1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əskinaslar, noyabrında 5, 10, 20 və 50 …

Read More »

Qubada Vətən müharibəsi şəhidinin ildönümü qeyd olunub

Qubanın Alekseyevka kəndində Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun anadan olmasının 24-cü ildönümü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Quba Sosial-İqtisadi Kollecinin müəllim heyəti, Quba şəhidlərinin valideynləri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı, daha sonra kəndin mərkəzindəki xatirə bulağı ziyarət olunub. Anım tədbirində Ülvü Məmmədovun həyat yolundan danışılıb, 2020-ci il …

Read More »

Tarixdə bu gün: Milli Mətbuat və jurnalistika günüdür

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür. Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və “Əkinçi”nin nəşri bütün Qafqazda əks-səda doğurub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin …

Read More »

Şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib – VİDEO

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhərində Vətən müharibəsi şəhidi əsgər Nicat Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz!” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhlarına dualar oxunub. Sonra tədbir “Gənclər Evi”ndə davam edib. Mərasimdə Şirvan şəhərindən olan şəhidlərin ailə üzvləri, qazilər və döyüş iştirakçıları, …

Read More »

Vətən Müharibəsi şəhidi İbrahim Rüstəmlinin anım günü qeyd olunub

Zərdabda Vətən Müharibəsi şəhidi Rüstəmli İbrahimin anım günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, bu gün Rüstəmli İbrahim Mirzağa oğlunun 27 yaşı tamam olur. Anım günü şəhidin məzarı önündə təşkil olundu və məzarı önünə tər qərənfillər düzülüb ruhuna dualar oxundu. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin, SHXCDX-nin Zərdab rayon bölməsinin,rayon ictimayətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib. Çıxış edənlər Ali Baş Komandan İlham …

Read More »