Şənbə , 4 May 2024

Tarixi günlər

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Rəsulzadənin anadan olmasından 138 il ötür. M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. O, 1904-cü ildə “Hümmət” Təşkilatının yaradılmasında iştirak edib. 1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. O, 1910-cu ildə İran Demokrat Partiyasının əsasını qoyur. Həmçinin “İrane Nou” və …

Read More »

Tarixdə bu gün: Salatın Əsgərovanın şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür. Boyukmillet.com xəbər verir ki, 1991-ci ilin bu günü Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirir. Jurnalist kimi işinin öhdəsindən məharətlə gəlir. Xüsusilə, Azərbaycanın bütövlüyü ilə …

Read More »

Tarixdə bu gün: Səməndər Rzayevin doğum günüdür

Bu gün tanınmış teatr və kino aktyoru Səməndər Rzayevin doğum günüdür.  Boyukmillet.com xəbər verir ki, Rzayev Səməndər Mənsim oğlu 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda təhsil alan görkəmli aktyor Sumqayıt Teatrında çalışsa da, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib. 60-dan çox filmdə yer alan aktyor teatrda, kinoda, radioda, televiziyada müxtəlif rolların məharətli ifaçısı kimi yadda qalıb. “Həyatın …

Read More »

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə …

Read More »

Ceyhun Bayramovdan Heydər Əliyevlə bağlı paylaşım

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün tviterdəki səhifəsində Heydər Əliyevin vəfatının 18-ci ildönüm münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, ömrünü xalqımızın, dövlətçiliyimizin inkişafına həsr edən və hər zaman qəlbimizdə əbədi yaşayan Ulu Öndər Heydər Əliyevi vəfatının 18-ci ildönümündə ehtiramla yad edirik”.

Read More »

Zəfər paradından 1 il ötür

Bu gün “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür. Boyukmillet.com xəbər verir ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək …

Read More »

Tarixdə bu gün: “Günəşli” faciəsindən 6 il ötür

Bu gün “Günəşli” yatağında baş verən faciədən 6 il ötür. Boyukmillet.com xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Xatırladaq ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 …

Read More »

Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür

Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Boyukmillet.com xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə …

Read More »

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Bu gün – noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür. Boyukmillet.com xəbər verir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı-red) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla …

Read More »

Şuşanın işğaldan azad olunmasından 1 il ötür

Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür. Boyukmillet.com xatırladır ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə …

Read More »