Bazar , 28 Aprel 2024

Tarixi günlər

Tarixdə bu gün: 15 sentyabr Azərbaycanda “Bilik Günü”dür

Prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və …

Read More »

Tarixdə bu gün: Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz …

Read More »

Tarixdə bu gün: Həsən Məmmədovun anım günüdür

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir. 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət …

Read More »

Cəbrayıl və Füzulinin işğalından 27 il ötür

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsinin ildönümüdür. Boyukmillet.com xəbər verir ki, işğaldan 27 il ötür.Ərazisi 1 050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.Rayonda 90 kənd var və hazırda yalnız bir kənd – Cocuq Mərcanlı erməni işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 …

Read More »

Tarixdə bu gün: Mərhum prezident Əbülfəz Elçibəyin anım günüdür

Əbülfəz Elçibəyin vəfatından 20 il ötür. Əbülfəz Qədirqulu oğlu Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci …

Read More »

Maestro Niyazinin doğum günüdür. Onun Türkiyə mətbuatına verdiyi musahibəni təqdim edirik

Bu gün Maestro Niyazinin doğumunun 108-ci ili tamam olur. Bu münasibətlə 1977-ci ildə Maestronun Türkiyə mətbuatına verdiyi musahibəni sizlərə təqdim edirik. Azərbaycanlı bəstəkar, orkestr şefi Niyazi Tağızadə-Hacıbəyov 50-ci illərdə Sovetlər Birliyinin öndə gələn orkestrləriylə Türk bəstəkarlarının əsərlərini səsləndirərək xaricə açılmalarını təmin etmişdi. Bir neçə dəfə Türkiyədə qonaq şef olaraq vəzifə yerinə yetirdi. 1977dəki danışıqda Türkiyədəki alaturka-alafranqa ayrı-seçkiliyini tənqid edir, “Niyə …

Read More »

Tarixdə bu gün: Manatın dövriyyəyə buraxılmasından 28 il ötür.

Bu gün 15 avqust Azərbaycanın milli pul vahidi – Manatın dövriyyəyə buraxılmasından 28 il ötür. Sovet İttifaqı dağılandan sonra müstəqil Azərbaycanın öz milli pulunu yaratması önəmli vəzifələrindən biri idi. Eks prezident Əbülfəz Elçibəyin 15 iyul, 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanıyla Azərbaycan milli pul vahidi manat istifadə edilməyə başlandı. Əskinaslar – 1, 5, 50, 100, 250, 500, …

Read More »