Şənbə , 27 Aprel 2024
Drone Cameras

Tarixdə bu gün: Səməndər Rzayevin doğum günüdür

Bu gün tanınmış teatr və kino aktyoru Səməndər Rzayevin doğum günüdür. 

Boyukmillet.com xəbər verir ki, Rzayev Səməndər Mənsim oğlu 1945-ci ildə Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda təhsil alan görkəmli aktyor Sumqayıt Teatrında çalışsa da, yaradıcılığının ən yaddaqalan illərini Akademik Dram Teatrında keçirib.

60-dan çox filmdə yer alan aktyor teatrda, kinoda, radioda, televiziyada müxtəlif rolların məharətli ifaçısı kimi yadda qalıb. “Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı…” kimi onlarla tamaşada ifa etdiyi rollar teatr sənəti tarixinə düşüb.

S.Rzayev 1986-cı il martın 27-də 41 yaşında dünyasını dəyişib.

Check Also

Azərbaycanda ədliyyə orqanlarının yaranmasından 105 il ötür

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi …