Şənbə , 20 İyun 2026
Drone Cameras

Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov özünün tviterdəki hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı paylaşım edib.

Boyukmillet.com  xəbər verir ki, nazir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının başsağlığını “Allah rəhmət eləsin” sözləri ilə paylaşıb.

“Tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbov vəfat edib. O, 1993-2004-cü illərdə Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir – YUNESKO üzrə Milli Komissiyanın ilk baş katibi olub.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının kollektivi adından Ramiz müəllimə Allahdan rəhmət diləyirik”, – başsağlığıda deyilir.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …