Şənbə , 18 May 2024

Xarici siyasət

Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa, təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb

Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Fransanın baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı şərhində qeyd edilib. Şərhdə 20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel …

Read More »

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Ermənistanın spikerinə cavab verib

Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib. Boyukmillet.com xəbər verir ki, daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını təəssüflə izlədiyini deyib. O, indiki sülh danışıqları atmosferində belə …

Read More »

TDT Novruz bayramı münasibətilə türk dünyasını təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) Novruz bayramı münasibətilə türk dünyasını təbrik edib. Boyukmillet.com-un xəbərinə görə, təşkilat bununla bağlı “X” hesabında paylaşım edib. “Türk dünyasının yüzillərdir əhəmiyyətli ortaq mədəni irsi, yazın gəlişini simvolizə edən Novruz bayramı münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Bu bayram bütün dünyada sülhə, qardaşlığa, birliyə, həmrəyliyə yol açsın”, – paylaşımda qeyd edilib. https://twitter.com/Turkic_States/status/1770345703031689677/photo/1?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1770345703031689677%7Ctwgr%5E39a50da533d38d28919a7c1bb0021f79118d5498%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Ftdt-novruz-bayrami-munasibetile-turk-dunyasini-tebrik-edib%2F

Read More »

Tahir Mirkişili Avronest PA-nın komitə sədri seçilib, sədrlik Azərbaycana keçib

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. Boyukmillet.com-un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib. Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin sədri …

Read More »

Azərbaycanın təklifi ilə Avronest PA-da “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi məruzədən çıxarılıb

Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə “Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi” ifadəsi çıxarılıb. “Report”un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib və növbəti məruzələrin mövzuları müəyyən edilib. Siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin hazırladığı məruzədə regional təhlükəsizlik məsələləri öz əksini tapıb. Azərbaycan nümayəndə heyətinin təklif etdiyi …

Read More »

Rusiya Stoltenberqin Cənubi Qafqaza səfərindən narahatdır

“NATO-nun öz təsirini hansısa yolla genişləndirmək cəhdləri, çətin ki, Qafqaza sabitlik gətirsin” Rusiya NATO-nun Qafqazda mövcudluğunu genişləndirmək cəhdlərinin regiona sabitlik gətirəcəyinə inanmır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Qafqaza səfərini şərh edərkən bildirib. Onun sözlərinə görə, NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi istəkləri Kremlə yaxşı məlumdur və necə deyərlər, adi gözlə görünür: “Həmçinin …

Read More »

Çinin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Quo Mini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edərək, son zamanlar müxtəlif beynəlxalq platformalarda ali səviyyəli görüşlərin, yüksək səviyyəli siyasi təmasların, baş tutan qarşılıqlı səfər mübadilələrinin …

Read More »

NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb. “Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, – o bildirib. O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib. Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan …

Read More »