Bazar ertəsi , 6 May 2024

Xarici siyasət

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib. “Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə …

Read More »

Türkiyə XİN Azərbaycana başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik”, – başsağlığında bildirilib. Xatırladaq ki, bu gün 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə …

Read More »

TÜRKSOY: Qara Yanvarı unutmayacağıq

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Təşkilatın paylaşımında qeyd olunub: “20 Yanvar 1990-cı il Qara Yanvar şəhidlərimizi ehtiram və rəhmətlə yad edirik”. TÜRKSOY-un dərc etdiyi şəkildə isə həkk olunub: “20 Yanvar 1990-cı il. Qara Yanvarı unutmayacağıq”.

Read More »

Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşüb

Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.

Read More »

TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb

Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, qurumun sənədində qeyd olunub: “SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 147 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar …

Read More »

Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Bu gün keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür. Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi …

Read More »

Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib

Yanvarın 19-da Türkiyənin İstanbul şəhərində Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidməti məlumat yayıb. TDT-nin Baş katibi səfir Kubanıçbek Ömuraliyevin sədrliyi ilə keçirilmiş toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova …

Read More »

TDT: Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük

Türk Dövlətləri Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, paylaşımda qeyd olunub: “Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.

Read More »

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün …

Read More »

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində yazıb. O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Read More »