Bazar , 19 May 2024
Drone Cameras

Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib

Yanvarın 19-da Türkiyənin İstanbul şəhərində Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidməti məlumat yayıb.

TDT-nin Baş katibi səfir Kubanıçbek Ömuraliyevin sədrliyi ilə keçirilmiş toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova iştirak ediblər.

İclasda TDT dövlət başçılarının qərar və tapşırıqlarının icrası, Türk Əməkdaşlıq Təşkilatları çərçivəsində birgə fəaliyyət, 2024-cü il Fəaliyyət Planı və digər məsələlər müzakirə olunub.

Görüş TDT Katibliyinin binasında baş tutub.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …