Şənbə , 18 May 2024

Xarici siyasət

COP29 gələn il Azərbaycanda keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib. COP28 konfransında, həmçinin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu …

Read More »

Prezident İlham Əliyev Gürcüstan parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda …

Read More »

Azərbaycan-Serbiya əlaqələrinin inkişafında yeni mərhələ başlayıb

Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olan ölkələrdən biri də Serbiyadır. Boyukmillet.com xəbər verir ki, iki ölkə arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Belqradın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 8 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikasında, 2011-ci ilin fevral ayında isə Serbiya Respublikasının Azərbaycan …

Read More »

Ceyhun Bayramov AŞ-nin Baş katibini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də Bakıda səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb və onu Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı Azərbaycan və AŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi …

Read More »

Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişi adlandırıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə dövlət başçısı dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib. Prezident vurğulayıb ki, Avropa Şurası …

Read More »

Avropa Şurasının Baş katibi Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Avropa Şurasının Baş katibi dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğuladı. O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya …

Read More »

Qərbi Azərbaycan İcması ABŞ senatorlarına cavab verib: “Zavallı duruma acıyırıq”

Qərbi Azərbaycan İcması ABŞ konqresmen və senatorlarının böhtan mahiyyətli məktubuna cavab verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı İcmanın bəyanatında deyilir: “Bir qrup amerikan konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış ediblər. Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan …

Read More »

Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayır

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Bakı və İrəvan arasında qarşılıqlı etimadı gücləndirmək və ölkələr arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün addımlar atmaq barədə razılaşmanı alqışlayıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. “Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram”, – O.Varhelyi qeyd edib. O, …

Read More »

Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin “Azərbaycanla Ermənistan arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarı” haqqında bəyanatında bildirilib. “Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasında elan edilmiş iki ölkə …

Read More »