Cümə , 17 May 2024

Xarici siyasət

Prezident Azərbaycanın Kahramanmaraşda tikinti aparması barədə sazişi təsdiqləyib

Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı saziş təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb. Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.

Read More »

Ombudsman: “Erməni terroru ilə bağlı beynəlxalq qurumlara 18 hesabat göndərmişik, lakin reaksiya yoxdur”

“Ermənistanın mina və ekoloji terrorları, eləc də azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı bu günə qədər beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib edərək beynəlxalq qurumlara təqdim etmişik. Azərbaycan hər zaman bütün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları …

Read More »

Prezident İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

Azərbaycan QHT-ləri və Ermənistanın mina terrorunun qurbanları AŞPA Prezidentinə müraciət edib

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri – qeyri-hökumət təşkilatları (QHT) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koksa müraciət edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı tədbirdə müraciəti minadan zərər çəkən Ruhin Vəliyev oxuyub. Müraciətdə deyilir: “Biz – Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş …

Read More »

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib. Bəyanatda qeyd olunub ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir: “Biz münasibətlərin tənzimlənməsi üçün noyabrın 21-də Azərbaycana sülh müqaviləsi ilə bağlı 6-cı versiyasını təhvil vermişik”. …

Read More »

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin açılış mərasimi keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası keçirilir. Boyukmillet.com xəbər verir ki, sessiya “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb. Nazir bildirib ki, 2013-cü ilin aprel …

Read More »

Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub

Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb. “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə …

Read More »

Suriyadan 12 Azərbaycan vətəndaşı repatriasiya edilib

Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət …

Read More »

İraq Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər …

Read More »

Azərbaycan XİN Ermənistana cavab verib

Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün …

Read More »