Bazar , 19 May 2024

Xarici siyasət

XİN: “Seçkilərlə bağlı nota göndərilən beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab alınıb”

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab aldığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib. “Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, …

Read More »

Aİ XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək. Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı …

Read More »

XİN: Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir

Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. “Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb”, – paylaşımda qeyd edilib.

Read More »

Londonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təsisçisi və rəhbəri Əli Tekin Ataların təşəbbüsü ilə 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib. Bu barədə  Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Tədbirin açılışında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib. Əli Tekin Atalar Azərbaycanın müstəqilliyinə gedən yolda baş vermiş 20 Yanvar faciəsinin …

Read More »

Azərbaycanın ABŞ-dəki səfirliyi 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirib

Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında 20 Yanvar faciəsi ilə əlaqədar sərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, sərgidə 1990-cı il 20 yanvar tarixində sovet ordusunun Bakıya qəfil hücumu zamanı yaşanmış dəhşətli yanvar gecəsində lentə alınmış fotoların yer aldığı plakatlar nümayiş etdirilib. Amerikan ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgilənən plakatlarda faciə haqqında faktlar da təqdim olunub. Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar …

Read More »

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib. “Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə …

Read More »

Türkiyə XİN Azərbaycana başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik”, – başsağlığında bildirilib. Xatırladaq ki, bu gün 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə …

Read More »

TÜRKSOY: Qara Yanvarı unutmayacağıq

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Təşkilatın paylaşımında qeyd olunub: “20 Yanvar 1990-cı il Qara Yanvar şəhidlərimizi ehtiram və rəhmətlə yad edirik”. TÜRKSOY-un dərc etdiyi şəkildə isə həkk olunub: “20 Yanvar 1990-cı il. Qara Yanvarı unutmayacağıq”.

Read More »

Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşüb

Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.

Read More »

TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb

Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, qurumun sənədində qeyd olunub: “SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 147 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar …

Read More »