Bazar , 19 May 2024

Xarici siyasət

Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Bu gün keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür. Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi …

Read More »

Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib

Yanvarın 19-da Türkiyənin İstanbul şəhərində Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidməti məlumat yayıb. TDT-nin Baş katibi səfir Kubanıçbek Ömuraliyevin sədrliyi ilə keçirilmiş toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova …

Read More »

TDT: Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük

Türk Dövlətləri Təşkilatı 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, paylaşımda qeyd olunub: “Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.

Read More »

İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

“Yanvarın 20-də Azərbaycanda ölkənin milli iradəsini darmadağın etmək istəyən təcavüzkarların zorakılığı nəticəsində faciəvi şəkildə həlak olmuş 147 günahsız insanın xatirəsi ehtiramla yad edilir”. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində yazıb. O qeyd edib ki, hüznə baxmayaraq, əzmkar Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirib. “İsrail xalqı hər gün …

Read More »

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində yazıb. O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Read More »

Ceyhun Bayramov Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd (Robert Floyd) ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, tərəflər nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivlərini və regional məsələləri müzakirə ediblər. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1748340196070883592%7Ctwgr%5Ed86a07852cb605a7e2e673563fb65e9892763adb%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fceyhun-bayramov-nuve-sinaqlarinin-herterefli-qadagasi-muqavilesi-teskilatinin-icraci-katibi-ile-gorusub%2F&in_reply_to=1748340196070883592

Read More »

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib

Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynli Cavid Sabir oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə  Baş Prokurorluqdan bildirilib. Məlumata görə, Sumqayıt şəhər polis idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin …

Read More »

ABŞ Ermənistan və Azərbaycana sülh müqaviləsi imzalamağa çağırıb

“Biz Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib. Onun sözlərinə görə, son bir ildə İrəvan və Bakı ciddi irəliləyişlər əldə edib. O, tərəfləri bu sürəti saxlamağa və sülh müqaviləsi bağlamağa çağırıb: “Ümid edirik ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi …

Read More »

Azərbaycan və Slovakiya müdafiə nazirləri Bakıda görüşüb, əməkdaşlıq məsələləri müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 18-də Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə slovakiyalı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək xatirələrinə ehtiram nümayiş etdiriblər. “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Sonra Müdafiə …

Read More »

Prezident: “Azərbaycan neokolonializmə qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib”

Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. Boyukmillet.com-un xəbərinə görə, bunu Prezident İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı qeyd …

Read More »