Şənbə , 18 May 2024

Xarici siyasət

Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib. Boyukmillet.com-un “Baku TV”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu …

Read More »

Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı …

Read More »

Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir

Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq. Bunu nazir “Report”un Ankara bürosuna müsahibəsində deyib. O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək. “Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, – nazir söyləyib. Türkiyənin təhsil naziri Y.Tekinin “Report”a geniş …

Read More »

XİN: “Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib. Boyukmillet.com-un məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub. O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: “Azərbaycan …

Read More »

Polad Bülbüloğlu: “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”

“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. “Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, – diplomatik missiyanın rəhbəri qeyd edib. Nümunə …

Read More »

İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək

İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın …

Read More »

Azərbaycan XİN İrandakı səfirliyə hücumla bağlı bəyanat yayıb

Bu gün Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə …

Read More »

Hikmət Hacıyev Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib. Boyukmillet.com-un məlumatına görə, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb. Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb: “Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla …

Read More »

Sahibə Qafarova Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb

Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Milli Məclisdən daxil olan məlumata əsasən, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə …

Read More »

Paşinyan: “İrəvanla Bakı arasında razılaşma regionda sülhün əsası olacaq”

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib. “Biz ümumi qəbul edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə olunacaq”, – o …

Read More »