Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, – o bildirib.

O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.

Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan Gürcüstan və Ermənistana səfər edib.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …