Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Türk nazirlər Şuşada toplanacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul edilib. Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini tapıb. Həmçinin yoluxucu xəstəliklərlə mübarizə …

Read More »

Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib

Avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, A.Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, həlak olanlara şəfa diləyib.

Read More »

Azərbaycan XİN Hindistanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistanı Milli Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib. “Hindistanın Milli Günü münasibətilə Hindistan xalqına və hökumətinə təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, – paylaşımda qeyd olunub. On the occasion of the #NationalDay of #India, we convey our congratulations …

Read More »

QHT sədri: “Qırmızı Xaç Komitəsi görməlidir ki, blokada ilə bağlı əsl real vəziyyət Naxçıvandadır”

“Ermənistana dəstək vermək üçün xüsusi canfəşanlıq edən Qırmızı Xaç Komitəsi görməlidir ki, blokada ilə bağlı əsl real vəziyyət Naxçıvandadır”. Boyukmillert.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov deyib. O vurğulayıb ki, uzun müddətdir Naxçıvan Muxtar Respublikası Ermənistanın apardığı bədnam işğalçılıq siyasəti nəticəsində ağır blokada şəraitində yaşayır: “Burada …

Read More »

Azərbaycan XİN Dağıstandakı partlayışla əlaqədar başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” səhifəsində paylaşım edilib. “Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və …

Read More »

Elman Abdullayev: “Laçın yolu ilə qanunsuz daşınan silahlar Qarabağda hərbi baza yaratmaq üçün istifadə olunub”

Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X”da paylaşım edib. “Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, Laçın keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli …

Read More »

Azərbaycanın Xarkovdakı Fəxri Konsolluğu müraciət yaydı

Kupyansk vilayətinin sakinlərinin təxliyəsi ilə bağlı Fəxri Konsulluğun müraciəti Boyukmillet.com xəbər verir ki, Xarkov vilayətinin Kupyansk icmasında, xüsusən də Kupyansk-Kuzlovıy və Kivşarivka yaşayış məntəqələrində davamlı atəşə tutulması və bölgədəki təhlükəsizlik vəziyyətini nəzərə alaraq, XOVA əhalinin məcburi təxliyəsini elan edib. Qeyd olunan rayonlarda yaşayan, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğuna müraciət edə bilərlər.

Read More »

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin davam etdirilməsinə münasibət bildirib

Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sosial şəbəkə hesabındakı paylaşımında yer alıb. Qeyd edilib ki, son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə …

Read More »

Putinlə Ərdoğanın görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri və Zəngəzur dəhlizi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizi məsələsi müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hürriyət” nəşrinin köşə yazısında bildirilib. Qeyd edilib ki, liderlər həmçinin “Taxıl sazişi”nin bərpasını, Suriyadakı durumu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər. Qeyd olunub ki, səfərin avqustun sonunda baş tutacağı gözlənilir. Həm rəsmi Ankara, həm …

Read More »

Rusiya XİN Moskva görüşünün detallarını açıqlayıb: “Azərbaycan və Ermənistana güzəştə getməyi təklif etdik”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Moskvada keçirilən son görüşdə tərəflərə güzəştə getməyi təklif etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib. Hazırkı mərhələdə tərəflərin bu təklifləri nəzərdən keçirdiklərini söyləyən D.Qonçar fikir ayrılıqlarının aradan qaldırılacağına ümid etdiyini bildirib. O, düşmənlərinin nə deməsindən …

Read More »