Bazar , 19 May 2024

Xarici siyasət

Parlament sədri: Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır

Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə söyləyib. “Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi… Bunu daha çox işə salacağıq. Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada …

Read More »

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının təbrik məktubunda qeyd olunub: “Hörmətli cənab Prezident, Əziz Qardaşım. Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram. Sizin ömür yolunuz Vətənə və …

Read More »

Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan …

Read More »

BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib

BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com  xəbər verir ki, o, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O vurğulayıb ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib: “Dünyada hələ də bu …

Read More »

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib. O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurası …

Read More »

Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Qardaş Azərbaycan xalqının prezident seçkilərində Sizə bir daha etimad göstərməsini böyük məmnunluq hissi ilə qarşıladım. Ulu Öndərimiz Heydər Əliyevin bu ali dövləti vəzifənizdə indiyədək müvəffəqiyyətlə davam etdirdiyiniz irsini daha da irəliyə aparacağınıza ürəkdən inanıram. Bu xüsusda seçkilərdə qazandığınız zəfər …

Read More »

Azərbaycan XİN: Paşinyanın “France 24”ə müsahibəsi sülh prosesinə növbəti zərbədir

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bildirilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın …

Read More »

Azərbaycan XİN: Fransanın bölgədə yürütdüyü məkrli siyasət heç bir nəticə verməyəcək

“Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara …

Read More »

Qərbi Azərbaycan İcması Emmanuel Makrona cavab verib: Ermənidən çox ermənilik edir

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. “Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan …

Read More »