Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

ABŞ-da ermənilərin vandallığını əks etdirən sərgi keçirilib

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu ölkədəki səfirliyimiz tərəfindən məşhur italyan fotoqraf Fabrisio Kontinin “Aghdam Delenda” fotosərgisi keçirilib. Sərgidə Azərbaycanın bir sıra şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdıldığını əks etdirən fotolar nümayiş etdirilib. Sərgidə Filadelfiya Şəhər Şurasının üzvləri və digər şəxslər iştirak edərək Azəbaycana dəstək veriblər.

Read More »

Prezident İlham Əliyevlə ABŞ dövlət katibi arasında telefon danışığı olub

Sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Read More »

XİN: “Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamlar qəbuledilməzdir”

“18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlama ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bu barədəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə …

Read More »

ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib

ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tviter hesabında yazıb. “ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, – səfir qeyd edib. Səfir ABŞ Nümayəndələr Palatasının …

Read More »

Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub. Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər. C.Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 …

Read More »

Azərbaycan səfiri: “Ermənistanın minalara xroniki aludəçiliyi var”

“Ermənistanın minalara xroniki aludəçiliyi bütün razılaşmalara və əsas insani dəyərlərə ziddir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb. “Onun yalnız bir məqsədi var – mülki insanları öldürmək və sülh danışıqlarındakı irəliləyişə zərbə vurmaq! Qonşu torpağının qanunsuz işğalı kimi, Ermənistan pis, köhnə vərdişlərindən əl çəkməlidir”, – diplomat qeyd edib.

Read More »

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

Read More »

Baş prokuror Argentinanın səfiri ilə görüşüb

Sentyabrın 16-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev Argentinanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşi ilə görüşüb. Qonağı salamlayan Baş prokuror səfirə fəaliyyətində uğurlar arzu edərək iki ölkə arasında bir çox sahədə münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Baş prokuror səfiri Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında işğaldan …

Read More »

İlham Əliyev: “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”

“Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib. “Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim …

Read More »

Bu gün Putin Səmərqənd şəhərində İlham Əliyev və Ərdoğanla görüşəcək

Bu gün Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Rusiya Prezidenti cümə günü (16 sentyabr – Red) bir sıra görüşlərə Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli danışıqlara başlayacaq. Sonuncu dəfə liderlər 2021-ci ilin dekabrında Putinin …

Read More »