Bazar , 28 Aprel 2024

Xarici siyasət

Mustafa Şentop: “Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu artıb”

“Azərbaycan soyuq müharibədən sonrakı dönəmdə çox uğurlu siyasət həyata keçirib”. Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib. Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu artıb. M.Şəntop Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə də uğurla sədrlik edəcəyinə əmin olduğunu vurğulayıb .

Read More »

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında Bakı Bəyannaməsi və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Qaydaları haqqında Xartiya qəbul edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının açılış mərasimində deyib. Bundan başqa, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rəsmi loqosu və bayrağı təsdiq edilib.

Read More »

Prezident “Azərbaycanın digər təşəbbüsü BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır”

“Bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib. “Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi …

Read More »

Prezident İlham Əliyev: “Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir”

“Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib. “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. …

Read More »

İlham Əliyev: “Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar”

“Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib. Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib: “Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi …

Read More »

Səlahiyyət müddəti başa çatan Almaniya səfiri Azərbaycanı tərk edib

Almaniyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Volfqanq Maniq ölkəsinə dönüb. Boyukmillet.com  xəbər verir ki, bu barədə almaniyalı diplomat tviterdə yazıb. “Hələlik, Azərbaycan! Səninlə keçirilən vaxt gözəl idi!”, – V.Maniq bildirib. Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bye-bye Azerbaijan 🇦🇿 🇩🇪 it was …

Read More »