Bazar , 28 Aprel 2024

Xarici siyasət

Azərbaycan XİN: “Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik”

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir: “Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın …

Read More »

“Haber Global” Azərbaycanın antiterror əməliyyatı barədə süjet hazırlayıb

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi antiterror əməliyyatı barədə süjet hazırlayıb. Boyukmillet.com  xəbər verir ki, süjetdə mətbuatda yayılan, həmçinin Müdafiə Nazirliyinin ictimailəşdirdiyi pilotsuz uçuş aparatlarının zərbə endirməsinin görüntüləri yayımlanıb. Süjetdə bildirilib ki, erməni yaraqlılarının açdığı atəş nəticəsində səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu Anar Kazımov şəhid …

Read More »

ATƏT Azərbaycan və Ermənistana çağırış edib

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”. Boyukmillet.com xəbər verir ki, bunu Polşanın ATƏT-dəki sədrliyi tviterdə açıqlayıb. “Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – açıqlamada qeyd olunub. Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada …

Read More »

XİN: “Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”

Azərbaycan Xarici İşlər Nazirliyi qeyri-qanuni erməni silahlı dəstələrinin Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması və Azərbaycan əsgərinin şəhid olmasını pisləyən bəyanat yayıb.  Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir:  “Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində …

Read More »

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb

“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, – o vurğulayıb.

Read More »

Türkiyə və Özbəkistan XİN başçıları regional əməkdaşlığı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri vəzifəsini icra edən Vladimir Norov regional əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviterdə yazıb. “Strateji tərəfdaşımız Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik”, – paylaşımda deyilir.

Read More »

Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq

“Azərbaycan, Türkiyə və Özbəkistan arasında regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”. Boyukmillet.com xəbər verir, bu barədə Özbəkistan Prezident Administrasiyası rəhbərinin müavini və Prezidentin mətbuat katibi Şerzod Asadov tviterdə yazıb. “Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək. Özbəkistan, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə regional əlaqələrin möhkəmlənməsinə …

Read More »

Rusiyanın İsveçdəki səfiri XİN-ə çağırılıb

Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə diplomatik nümayəndəlikdən məlumat verilib. “Xarici İşlər Nazirliyinə səfirin çağırılmasını təsdiqləyə bilərik. Lakin danışıqların təfərrüatları barədə məlumat verə bilmərik”, – səfirlikdən bildiriblər.

Read More »

Ceyhun Bayramov Karen Donfridə erməni silahlılarının Azərbaycandan tam çıxarılmadığını bildirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı …

Read More »

Azərbaycan hökuməti İrana başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Read More »