Cümə , 10 May 2024

Xarici siyasət

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

“Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. “Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin”, – XİN başçısı vurğulayıb.

Read More »

Ceyhun Bayramov Ankaraya yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə paytaxt Ankaraya yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Read More »

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Bu barədə  Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, C. Bayramovun paytaxt Ankarada baş tutacaq 13-cü Səfirlər Konfransında iştirakı nəzərdə tutulub. Nazirin səfirlərə müraciəti nəzərdə tutulub.

Read More »

Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb

“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. “Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını …

Read More »

Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı cinayət işi başlanılıb, Britaniyaya vəsatətlə müraciət edilib

Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə …

Read More »

Ərdoğan və Putinin görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Danışıqlar Soçidəki “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında gedir.

Read More »

APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb. “APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, – APPG bildirib. Qeyd edək ki, APPG …

Read More »

Səfir: “Avstriya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün səylərimi əsirgəməyəcəyəm”

“Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimi əsirgəməyəcəyəm”. Boyukmillet.com xəbər verir ki, bunu səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayan səfir Prezident İlham Əliyev tərəfindən əməkdaşlığın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacib olduğunu bildirib. Eyni zamanda, diplomat …

Read More »

Avropa şirkətləri azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərir

“Bir çox Avropa şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Avstriyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla …

Read More »