Bazar , 28 Aprel 2024

Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi: “Türkiyə ilə münasibətlərdə son hədd yoxdur”

“Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz”. Boyukmillet.com xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Qarşımıza qoyulan təlimat və vəzifə ondan ibarətdir ki, bu qardaşlığımızı, iş birliyimizi eyni şəkildə ticarət sahəsində də daha da artıraq. Ticarət sahəsində xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu …

Read More »

BMT-nin rezident əlaqələndiricisi: “Nifrət nitqinin bütün hallarına qarşı qətiyyətlə çıxış etmək mənəvi borcumuzdur”

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Nifrət nitqinə qarşı beynəlxalq mübarizə günü münasibətilə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Bu il ilk dəfə Nifrət nitqinə qarşı beynəlxalq mübarizə gününü qeyd edirik. 2021-ci il iyul ayında BMT Baş Assambleyası “nifrət nitqinin yayılması və genişlənməsi” ilə bağlı qlobal narahatlığı vurğulayaraq, “nifrət nitqi ilə mübarizədə dinlərarası və mədəniyyətlərarası dialoqun və tolerantlığın …

Read More »

Azərbaycan səfiri ATƏT PA-nın vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və bu ölkə Parlamenti Senatının sədr müavini, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Askar Şakirovla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Read More »

Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər, ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar. Telefon danışığı zamanı, müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri …

Read More »

Nazir müavini: “Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir”

“Cənubi Qafqazın üç ölkəsi regionun sabitliyinə və inkişafına nail olmaq üçün əməkdaşlıq etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” adlı paneldə deyib. “Münasibətlərin normallaşması yolu asan deyil və biz nəhayət, Ermənistandan daha ardıcıl yanaşma gözləyirik. Bizim bununla bağlı baxışımız odur ki, regionun …

Read More »

Venesuela Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Bakının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Read More »

İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak …

Read More »

Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”

“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, – H.Hacıyev qeyd edib.

Read More »