Xarici siyasət

Nazir müavini: “Cənubi Qafqazın üç ölkəsi regionun inkişafı üçün əməkdaşlıq etməlidir”

“Cənubi Qafqazın üç ölkəsi regionun sabitliyinə və inkişafına nail olmaq üçün əməkdaşlıq etməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” adlı paneldə deyib. “Münasibətlərin normallaşması yolu asan deyil və biz nəhayət, Ermənistandan daha ardıcıl yanaşma gözləyirik. Bizim bununla bağlı baxışımız odur ki, regionun …

Read More »

Venesuela Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Bakının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Read More »

İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak …

Read More »

Hikmət Hacıyev: “Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”

“Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, – H.Hacıyev qeyd edib.

Read More »

Ceyhun Bayramov ÜST-ün baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 9-cu Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) xəbər verilib. Tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər. Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib; bu günədək ÜST-ün ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə …

Read More »

Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib. O ölkəmizin BMT və onun …

Read More »

Prezident İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub

Azərbaycan Prezidenti İlham Əliyevə İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub. Boyukmillet.com xəbər verir ki, hədiyyəni Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən təqdim edib. Binəli Yıldırım dövlət başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident …

Read More »