Cümə , 10 May 2024

Xarici siyasət

Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

30 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov, Zurab Pololikaşvilini növbəti dəfə ÜTT Baş katibi seçilməsi münasibətilə təbrik edib. Baş katibin rəhbərliyi altında təşkilatın fəaliyyəti, xüsusilə də əməkdaşlıq məsələlərində yeni, innovativ yanaşmaların artdığı təqdir edilib. Azərbaycanın turizm …

Read More »

Prezident: “Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik”

Bilirsiniz, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan Türkiyə-Ermənistan prosesini dəstəkləyir: “Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri …

Read More »

Azərbaycan Prezidenti UNESCO-nun fəaliyyətini tənqid edib

“Müharibədən sonra çox qəribə və yenə də feyk faktlara, deyərdim ki, Azərbaycanofobiyaya əsaslanan bir hekayə var idi ki, Azərbaycan bizim işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın mədəni irsini dağıdacaq. UNESCO qapımızda idi və səfər etməyi planlaşdırırdı. Əlbəttə ki, biz onlarla işləyirdik, çünki bizə yazışmamızın müvafiq mətndə olması lazım idi, bizə onların açıq bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə tam şəkildə riayət edilməsi lazım …

Read More »

Hikmət Hacıyev mayın 2-də Brüsseldə Armen Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər. Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin …

Read More »

Rusiya və Ermənistan XİN başçıları Bakı ilə İrəvan arasında sülh müqaviləsini müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair fikir mübadiləsi aparıblar. “Regional kontekstdə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il …

Read More »

XİN başçısı “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzulu konfransda iştirak edib

29 Aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməksaşlıq” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində iştirak edib. Boyukmillet.com xəbər verir ki, nazir Ceyhun Bayramov konfrans iştirakçılarına postmünaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, Brüsseldə liderlərin …

Read More »

Düşənbədə Ceyhun Bayramovla Mirzoyanın görüşü ola bilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 13-də rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşə bilər. Boyukmillet.com xəbər verir ki, görüşün MDB XİN başçılarının Tackistanın paytaxtı Düşənbədə keçiriləcək iclası çərçivəsində baş tutması ehtimal olunur. Qeyd edək ki, bu gün S.Lavrovla A.Mirzoyan arasında telefon danışığı olub. Tərəflər sərhədlərin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiyasının fəaliyyətini müzakirə ediblər.

Read More »

Prezident: “Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik”

“Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib. Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı …

Read More »

Türkiyənin Azərbaycandakı səfiri Qarabağda olub

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qarabağa gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində yazılıb. “Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycandakı diplomatik missiyalar üçün təşkil etdiyi Ağdam səfərinə qatıldıq. Beləliklə, işğal vaxtlarındakı təxribatlar və zəfərdən sonrakı yenidənqurma işləri ilə ağlı məlumat aldıq”, – paylaşımda bildirilib.

Read More »