Bazar , 28 Aprel 2024

Xarici siyasət

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

İran Prezidenti İbrahim Rəisi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib. Baş nazirin müavini İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrin inkişaf etdiyini vurğulayıb.  Görüşdə ölkələr arası faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmmiyyəti vurğulanıb. …

Read More »

Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

“Şuşada bu gün keçirilən konfrans vacib əhəmiyyətə malikdir, çünki postmünaqişə dövründə mədəni əməkdaşlığın inkişafına həsr olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib. Nazir müavini bu konfransın əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib. “Türkiyə hər …

Read More »

“Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sürətli inkişafı hər iki tərəfin maraqlarına cavab verir”

“Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafının çox geniş perspektivləri var”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, enerji və nəqliyyat təhlükəsizliyi kimi sahələrdə Bakı-Brüssel münasibətləri çox sürətlə inkişaf etməkdədir: “Rusiya-Ukrayna arasında baş verən hadisə fonunda Aİ …

Read More »

Amreyev: “TDT işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”

“Türk Dövlətləri Təşkilatı (TDT) işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə öz töhfəsini verməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Şuşada jurnalistlərə bildirib. “Azərbaycanda bu ərazilərin mədəni irsinin bərpası məsələsini müzakirə etdik. Əlbəttə ki, biz Qarabağda bərpa prosesinə öz töhfəmizi verməyə hazırıq”, – o deyib. Xatırladaq ki, bu gün Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni …

Read More »

Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəni 19 May-Atatürkü anma, Gənclər və İdman Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin tviter hesabında paylaşım edilib. “Qardaş Türkiyəni 19 May-Gənclər və İdman Bayramı münasibətilə təbrik edirik. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla Milli Mübarizə qəhrəmanlarını hörmət və ehtiramla anırıq”, – paylaşımda bildirilib.

Read More »

Gürcüstanın din xadimlərinin Azərbaycana səfəri başlayıb

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfər səfirliyin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Bildirilib ki, nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək. Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər. Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə …

Read More »

Baş Prokurorluqda Kamran Əliyevin sədrliyi ilə növbəti iclas keçirilib

Mayın 18-də Azərbaycanın Baş Prokurorluğunda Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasa fəxri qonaqlar qismində Azərbaycanda səfərdə olan Litvanın Baş prokuroru Nida Grunskiene və bu ölkənin Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus qatılıblar. Şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, ADA, Milli …

Read More »

Belarusun baş naziri Ermənistanın bombaladığı əraziləri ziyarət edib

Belarusun Baş naziri Roman Qolovçenkonun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, qonaqlar yerli rəsmi şəxslər tərəfindən Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb. Onlar ilk olaraq Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutduğu əraziyə baş çəkiblər. Orada ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstələri …

Read More »

Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu hər il keçiriləcək 

“Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ilk dəfədir təşkil olunur və gələcəkdə hər il keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva deyib. O bildirib ki, forum iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək: “Bu məqsədlə gələn ildən hər il Azərbaycan və Türkiyədə belə forum keçiriləcək”.

Read More »