Çərşənbə , 8 May 2024

Xarici siyasət

Çin XİN: “Azərbaycanla Ermənistan arasında danışıqları alqışlayırıq”

“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”. Boyukmillet.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib. “Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, – o söyləyib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu …

Read More »

XİN: “Azərbaycan-İsrail əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”

Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür. Boyukmillet.com  xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib. “Bu gün Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İsrailin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İsrail arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib. Today …

Read More »

Azərbaycan XİN: “Brüssel görüşü bölgənin gələcək sülh və əmin-amanlığı üçün növbəti önəmli addımdır”

Azərbaycan Xarici İşlər Naziriliyi Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik …

Read More »

Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsinin hazırlanması barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinə gələcək sülh müqaviləsinin hazırlanması üzərində işə başlamağı tapşırmaq barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanatında deyilir. “Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh …

Read More »

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məqsədilə Birgə Sərhəd Komissiyasının iclası keçiriləcək

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə Soçi Bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının çağırılması qərara alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Miçelin Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünün yekunlarına dair bəyanatında bildirilib. Birgə Sərhəd Komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun …

Read More »

Aİ Şurasının Prezidenti İlham Əliyev və Nikol Paşinyanla görüşünə dair bəyanat yayıb

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri …

Read More »

Brüsseldə Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş başlayıb

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevi qarşılayıb. Sonra birgə foto çəkdirilib.

Read More »

Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda sədrliyi başa çatıb

“Azərbaycanın ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunda (FSC) sədrliyi başa çatıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviter hesabında yazıb. “Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun iclasında iştirak edib. Yığıncaqda Azərbaycanın Forumdakı sədrliyinə yekun vurulub. Azərbaycan Foruma müvəffəqiyyətlə töhfə verdi və onun irəliləyişinə nail oldu”, – o bildirib. Qeyd edək …

Read More »