Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

ABŞ Azərbaycan və Ermənistana köməyə hazır olduğunu bildirib

ABŞ hərtərəfli sülhə nail olmaq üçün ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycan və Ermənistana kömək etməyə hazırdır. Boyukmillet.com-un TASS-a istinadla xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.“Biz Cənubi Qafqazın təhlükəsiz, demokratik və çiçəklənən gələcəyi üçün səylərimizə sadiqik. Biz aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü, o cümlədən sərhədlərin delimitasiyası üşün ikitərəfli …

Read More »

Prezident İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik edib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq …

Read More »

Ermənilərin azərbaycanlıların məzarlarını dağıtması sənədləşdirilib – HESABAT

Beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını özündə əks etdirən minlərlə fotonu çəkərək sənədləşdirib. Boyukmillet.com xəbər verir ki, bu, 2021-ci il üçün ABŞ Dövlət Departamentinin İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında əksini tapıb. Sənəddə deyilir ki, məzarların təhqir olunması, bəzi hallarda isə məzarların qarət edilməsinə dair hallarla bağlı fotosübutlar var: “Məsələn, ayrı-ayrı məzarlar qazılıb, …

Read More »

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin üçüncü görüşü Vyanada olacaq

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında üçüncü görüş Avstriyanın paytaxtı Vyanada olacaq. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Təzyiq altında ola bilərsiniz. Bu, asan proses deyil. Lakin artıq üçüncü ölkədə görüşməyə ehtiyac varmı? Bir tərəfdən sərhədlər açılsın deyirsiniz, digər tərəfdən isə görüşlərin Türkiyə və Ermənistanda keçirilməsinə cəsarət etmirsiniz”, – …

Read More »

Albaniyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Albaniya Respublikasının Baş naziri Edi Rama aprelin 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Edi Ramanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Ukrayna Xalqları Assambleyasının rəhbəri Avropanı Ukraynanı dəstəkləməyə çağırıb

Ukrayna Xalqları Assambleyasının rəhbəri Flensburqda (Almaniya) keçirilən Avropa Etnik Xalqlar İttifaqının (FUEN) beynəlxalq konfransında iştirak edib. Boyukmillet.com-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin verdiyi məlumata görə, Avropa Parlamentinin deputatları, Avropa ölkələrinin siyasətçiləri və müxtəlif qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda etnik azlıqların üzləşdiyi problemlərə toxunulub. Ukrayna Xalqları Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxışında Rusiyanın Ukraynaya təcavüzünə diqqət çəkərək bildirib ki, hazırda …

Read More »

Azərbaycan və Almaniya arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanaq Maniqi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin tarixinə nəzər salınıb, iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyi qeyd edilib və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. X.Xələfov …

Read More »

Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb

Aprelin 13-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev arasında ikitərəfli görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti “Yangi Özbəkistan” parkına gələrək Müstəqillik Abidəsinin önünə əklil qoyub. Qonaqları səmimi salamlayan N.Yuldaşev bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. K.Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula …

Read More »

XİN başçısı: “Azərbaycanın təklif etdiyi beş prinsipin Ermənistanın qəbul etməsi mühüm addımdır”

“Azərbaycanın təklif etdiyi beş əsas prinsipin Ermənistanın qəbul etməsini ilk və mühüm addım hesab edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, son illər Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmağa çağırır və bu istiqamətdə səy göstərir: “Bununla bağlı Azərbaycan beynəlxalq hüquqa əsaslanan və həyata keçirilməsi Ermənistan üçün də faydalı olan beş əsas prinsip …

Read More »

Ceyhun Bayramov: “Ermənistanın XİN başçısı ilə müzakirələr konstruktiv keçdi”

“Ümumilikdə Ermənistan xarici işlər naziri ilə müzakirələr konstruktiv keçdi”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, zaman və gələcək addımlar tələb edir.  “Azərbaycan öz xoş niyyətini nümayiş etdirib”, – XİN başçısı vurğulayıb. Qeyd edək ki, aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat …

Read More »