Şənbə , 11 May 2024

Xarici siyasət

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: “Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox …

Read More »

Səfir: “Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri formalaşıb”

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq münasibətləri formalaşıb”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib. “Əlaqələrimiz böyük tarixə malikdir. Eyni kökə bağlı dilimiz, ənənələrimiz və …

Read More »

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Gəncədə terror törədənlər dünya qarşısında cavab verməlidirlər”

“Gəncə şəhərində terror törədənlər dünya qarşısında cavab verməlidirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İğidov Gəncədə səfərdə olan zaman bildirib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində Gəncə şəhərində olan R.İgidov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkib, burada ermənilərin törətdiyi terror hadisəsinin dəhşətli olduğunu …

Read More »

Azərbaycanlı diaspor fəalı yenidən Qazaxıstanın yerli qanunverici orqanına üzv seçilib 

Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhər Məsləhətinə keçirilən seçkilərdə azərbaycanlı Şəmsəddin Hüseynov yenidən Məsləhətin üzvü seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şəmsəddin Hüseynov öz feysbuk hesabında məlumat verib və ona etimad göstərənlərə təşəkkür edərək bu etimadı doğrultmağa çalışacağını bildirib. Qeyd edək ki, 1992-ci ildən Qazaxıstanda yaşayan və ölkədəki Azərbaycan diasporunun fəal üzvü olan həmyerlimiz Şəmsəddin Hüseynov daha öncə də 2016-cı …

Read More »

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ağır yol qəzası ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığıda deyilir: “Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Read More »

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah …

Read More »

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən Azərbaycan liderinə təbrik

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik. Zati-alinizə hörmət və ehtiramla, Məhəmməd bin Salman bin Əbdüləziz …

Read More »

Rumıniya Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Bu bayram ərəfəsində mən Rumıniya ilə Azərbaycan Respublikası arasında bir çox səviyyələrdəki dialoqun və əməkdaşlığın ikitərəfli strateji tərəfdaşlıq vasitəsilə möhkəm təməllər üzərində inkişaf edəcəyinə …

Read More »