Şənbə , 11 May 2024

Xarici siyasət

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub

Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Boyukmillet.com xəbər verir ki,“Beynəlxalq yol nəqliyyatı Sazişi”ni Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Litva Respublikasının nəqliyyat və kommunikasiya nazirinin müavini Yulius Skaçkauskas imzalayıblar. “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”ni Palatanın prezidenti Niyaz Əlizadə və Assosiasiyanın baş direktoru xanım Gedre …

Read More »

Əfqan Salmanov və İqor Terexov Xarkov şəhərinin bərpasında əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkov şəhərinin meri İqor Terexov ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, onlar bərpa işlərinin aparılması, investisiyaların cəlb edilməsi və dağılmış infrastrukturun yenidən qurulmasında Azərbaycan şirkətlərinin iştirakı perspektivlərindən danışıblar. Müharibədən əvvəl Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsi də müzakirə olunub. İqor Terexovun qeyd etdiyi kimi, raket və artilleriya atəşi nəticəsində şəhərdə bir …

Read More »

Ceyhun Bayramov ISESCO-nun Baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb. XİN-dən  verilən məlumata görə, C.Bayramov Azərbaycanla ISESCO arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Baş direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə istinad edən nazir ISESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə səfər edən ilk beynəlxalq təşkilatlar …

Read More »

Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 18-də Şəhidlər xiyabanını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Litva Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında …

Read More »

Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış ediblər. Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. Daha sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

Read More »

Azərbaycan Prezidenti: “Ermənistanla sülh sazişi imzalamaq istəyirik”

“Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı deyib. …

Read More »

Belarusun Baş naziri Azərbaycana gəlib

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb. R.Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək. Bundan başqa, səfər çərçivəsində Azərbaycan və …

Read More »

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya yola düşüblər

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər. Boyukmillet.com-un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Read More »