Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında saziş imzalanacaq

Azərbaycan və İran arasında gömrük sahəsində 3 əməkdaşlıq protokolu imzalanıb. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın gömrük naziri Alirza Müqəddəsi deyib. Sənədləri Culfada Alirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb. A. Müqəddəsinin sözlərinə görə, iki ölkənin gömrük rəsmiləri arasında imzalanmış protokolların 13 maddəsi əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da …

Read More »

Ceyhun Bayramov: “Ermənistanla sülh müqaviləsi üzərində işə başlamağa hazırıq”

“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsətdir”. Boyuķmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Biz sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. İnanırıq ki, bugünkü görüş, təmasların davam etdirilməsi bu mövzuda müzakirələrin davam etdirilməsinə müsbət təsir göstərəcək”, – C.Bayramov bildirib. XİN başçısı eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin …

Read More »

Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvay Senatın sədri Oskar Salomon, Senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, Xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar. E.Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici …

Read More »

Ceyhun Bayramov MDB-nin XİN başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə gedib

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ceyhun Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Read More »

XİN: “Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub”

“Üçtərəfli bəyanat imzalandıqdan bu günədək əksəriyyəti mülki şəxs olmaqla, 219 nəfər mina qurbanı olub”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 …

Read More »

Azərbaycan XİN Paşinyana cavab verib

“Ermənistan Baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Birinci növbədə, xatırladırıq ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib bu …

Read More »

Sahibə Qafarova İsveçrənin vitse-prezidenti ilə görüşüb

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 11-də bu ölkənin Vitse-prezidenti Alan Berset ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Alan Berset ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını diqqətə çatdıraraq, ölkəmizin …

Read More »

Səudiyyə Ərəbistanının Baş prokuroru Şuşaya səfər edib

Mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevlə birlikdə Füzuli şəhərinə və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. Boyukmillet.com xəbər verir ki, qonaqlar öncə “Qarabağın hava qapısı” hesab olunan sosial-iqtisadi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, onlara bütün müasir və beynəlxalq standartlara cavab verən aeroportda …

Read More »

Azərbaycan və Paraqvay XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib

Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun 10 may 2022-ci il tarixində Paraqvayın xarici işlər naziri Xulio Ariola ilə görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycan -Paraqvay arasında aparılan siyasi dialoqun vacibliyi vurğulanıb. Müxtəlif istiqamətlərdə, o cümlədən energetika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib. Azərbaycan …

Read More »