Şənbə , 27 Aprel 2024

Xarici siyasət

Türkiyə səfiri: “Şuşa Bəyannaməsi türk dünyası üçün nümunədir”

“Türkiyə-Azərbaycan münasibətləri tarixinin başlanğıc nöqtəsini tapmaq çətindir, lakin istinad ediləcək hadisə varsa, bu da Qars müqaviləsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ölkəsinin “Akşam” nəşrinə müsahibəsində bildirib. “Eyni zamanda Azərbaycanın Qurtuluş Günü kimi qeyd edilən 15 iyunda imzalanan Şuşa Bəyannaməsi də son dərəcə önəmlidir. Sənədin Azərbaycanın qurtuluşu ilə bağlı bir tarixdə imzalanması da anlamlıdır. Ümumiyyətlə bu sənəd …

Read More »

Xələf Xələfov Fransada bir sıra görüşlər keçirib

Parisdə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa Müəssisələr Hərəkatının (MEDEF) nümayəndələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tviter səhifəsində edilmiş paylaşımda deyilir. “Dəyirmi masa” çərçivəsində Azərbaycan XİN rəhbərinin müavini jurnalistlər, QHT nümayəndələri və Fransanın analitik mərkəzlərinin təmsilçiləri ilə iki ölkə arasında əməkdaşlığın aktual mövzularını müzakirə edib.

Read More »

Azərbaycan-Özbəkistan münasibətləri – yaxşı keçmiş və perespektivli gələcək – ŞƏRH

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra – 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Özbəkistanın o zamankı Prezidenti İslam Kərimovun Azərbaycana ilk səfəri …

Read More »

Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Özbəkistan dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Özbəkistan Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycan …

Read More »

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Dövlət başçısına Müstəqillik abidəsi barədə məlumat verilib. Sonra prezidentlər xatirə şəkli çəkdiriblər.

Read More »

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iclası keçiriləcək

“İyunun sonunda Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclası keçiriləcək. Biz həmin toplantıda iştirak etməyi düşünürük”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın yeri bizim üçün tam ayrıdır: “Bir millət, iki dövlət” ifadəsi bizim üçün nəğmə deyil, həm də əməldə fəaliyyətlərimizi və əlaqələrimizi formalaşdıran amildir. Məhz …

Read More »

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün feysbuk hesabında qeyd edib. O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə …

Read More »

İstanbulda Azərbaycan və Türkiyə parlamentlərinin sədrlərinin görüşü olub

İyunun 20-də İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı?” mövzusunda keçirilən Qlobal Parlament Konfransı çərçivəsində baş tutub. Beynəlxalq konfrans Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın …

Read More »

ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti Azərbaycana təşəkkür edib

ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin Prezidenti və baş icraçı direktoru Suzan Elliott Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda iştirak edən Suzan Elliott bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinin sürətlə aparıldığını görmək onu çox maraqlandırıb. “Mən Azərbaycan hökumətinə bunu bacardığına görə təşəkkür edirəm”, – Elliot deyib. Onun sözlərinə …

Read More »