Xarici siyasət

Ceyhun Bayramov: “Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq”

“Artıq Araz çayı üzərində ilk körpünün tikintisinə başlanılıb. Yəni bizim Azərbaycanın digər ərazilərindən Naxçıvana keçmək üçün alternativimiz var. Demək istədiyim odur ki, Ermənistanın prosesi ləngitməsinə baxmayaraq, bu layihə mütləq icra olunacaq”. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında alternativ kommunikasiyaların yaradılması …

Read More »

Hikmət Hacıyev: “Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb

“Robert Silinin 1992-ci ilin mayında Laçının Zabux kəndinin Ermənistan tərəfindən qanunsuz işğalı, yandırılması və talan edilməsi haqqında “Times” qəzetində reportajı. İşğaldan sonra Yaxın Şərqdən ermənilərin köçürülməsi yolu ilə qanunsuz məskunlaşma aparılıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb. “Əlyazmalar yanmaz!”, – o əlavə edib.https://platform.twitter.com/embed/Tweet.html?dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfdHdlZXRfZWRpdF9iYWNrZW5kIjp7ImJ1Y2tldCI6Im9mZiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfcmVmc3JjX3Nlc3Npb24iOnsiYnVja2V0Ijoib24iLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3R3ZWV0X3Jlc3VsdF9taWdyYXRpb25fMTM5NzkiOnsiYnVja2V0IjoidHdlZXRfcmVzdWx0IiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19zZW5zaXRpdmVfbWVkaWFfaW50ZXJzdGl0aWFsXzEzOTYzIjp7ImJ1Y2tldCI6ImludGVyc3RpdGlhbCIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2R1cGxpY2F0ZV9zY3JpYmVzX3RvX3NldHRpbmdzIjp7ImJ1Y2tldCI6Im9mZiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdHdlZXRfZWRpdF9mcm9udGVuZCI6eyJidWNrZXQiOiJvZmYiLCJ2ZXJzaW9uIjpudWxsfX0%3D&frame=false&hideCard=false&hideThread=false&id=1556959952731791362&lang=en&origin=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fhikmet-haciyev-lacinin-zabux-kendi-ile-bagli-paylasim-edib%2F&sessionId=e66263d7d8b9e14cb2e5e80bb6f81ba1116a5772&theme=light&widgetsVersion=b7df0f50e1ec1%3A1659558317797&width=550px The Times …

Read More »

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib. Boyukmillet.com  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər …

Read More »

Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, ölkə Prezidenti Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək. R.Lamamra və C.Bayramov görüşdən sonra birgə brifinq keçirəcək.

Read More »

ATƏT-in baş katibi: “Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir”

Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfə verir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə ATƏT-in baş katibi Helqa Şmid deyib. Şmid bildirib ki, Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir. “Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması …

Read More »

Ceyhun Bayramov: “Türkiyənin beynəlxalq ədalətin təminatında gördüyü işlər dünyaya nümunədir”

“Bu gün qardaş Türkiyənin beynəlxalq ədalətin təmin edilməsində gördüyü işlər bütün dünyaya nümunədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib. Son illər beynəlxalq normaların tətbiqində ciddi nöqsanların olduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq hüquq təcrübəsi mövcud beynəlxalq sistemə inamı sarsıdıb. “500 illik irsə malik Türkiyə diplomatiyası və sizin …

Read More »

Türkiyə Prezidenti Ermənistana çağırış edib

“Əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni dönəm başlayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib. “Bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. …

Read More »

Türkiyənin XİN başçısı: “Dost da, düşmən də bilsin ki, can Azərbaycan yalnız deyil”

“Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyi daimi qalması üçün tətbiq edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. “Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir. Təbii ki, bu prosesi Azərbaycan və Ermənistan arasındakı prosesdən və yekun məqsədimiz olan …

Read More »

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

“Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib. “Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin”, – XİN başçısı vurğulayıb.

Read More »