Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Ombudsman dünya ictimaiyyətini terrorizmlə mübarizədə fəal olmağa çağırıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) dünya ictimaiyyətinə müraciət edib. Bu barədə  Ombudsman Aparatından bildirilib. “Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur. Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas …

Read More »

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.  Başsağlığında deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. …

Read More »

Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib. “Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib”, – o qeyd edib.

Read More »

Prezidentin köməkçisi Brüsseldə Armen Qriqoryanla görüşüb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Toivo Klaar tviterdə qeyd edib. “Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə …

Read More »

Azərbaycan Almaniyaya yeni səfir təyin edib

Azərbaycan Almaniyaya yeni səfir təyin edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Digər sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Read More »

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb

Azərbaycanın Argentina, Küveyt və Kubadakı səfirləri geri çağırılıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb. Sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.

Read More »

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

“Biz yeni Çernobıl faciəsi yaşamaq istəmirik”. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə üçtərəfli zirvə görüşündən sonrakı birgə mətbuat konfransında deyib. Türkiyə lideri İstanbul razılaşmasının yaratdığı müsbət atmosferin daimi sülhə çevrilməsi imkanlarını qiymətləndirdiklərini bildirib. “Diplomatik prosesi canlandırmaq üçün beynəlxalq ictimaiyyətin daha …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan BTQ ilə bağlı saziş imzalayıb

“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Boyukmillet.com-un məlumatına görə, sənədə bu gün Bakıda üç ölkənin hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imza atılıb. Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra …

Read More »

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər avqustun 24-də baş tutacaq. Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

Read More »