Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

BMT nümayəndəsi: “Azərbaycanın hüquqi xidmətlər istiqamətində gördüyü işləri dəstəkləyirik”

“Azərbaycan hökumətinin hüquqi xidmətləri hər bir ölkə vətəndaşı üçün əlçatan edə bilmək səylərini alqışlayır və bu istiqamətində gördüyü işləri böyük məmnuniyyətlə dəstəkləyirik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri BMT İnkişaf Proqramının inkişaf həlləri üzrə rəhbəri Nərgiz Quliyeva həssas qruplara hüquqi yardım və ödənişsiz hüquqi yardım sahəsində mövcud vəziyyət adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, əməkdaşlıq uğurun bir hissəsidir: “BMT …

Read More »

Rusiya Hökumətinin sədri ilə Azərbaycanın Baş naziri arasında telefon danışığı olub

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

QHT-lər ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji  terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər

Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. “Report”un xəbərinə görə, müraciətdə deyilir: “Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində dünyanın müxtəlif ölkələrindən gətirilib, qeyri-qanuni məskunlaşdırılmış erməni əhalisinin son günlər Laçın rayonu və ətraf ərazilərdə meşə yanğınları törətməsi ilə bağlı …

Read More »

Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycan dilində danışıb

Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycan dilində danışıb. Boyukmillet.com  xəbər verir ki, səfiri salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, …

Read More »

Prezident: “Azərbaycanla Türkmənistan arasında əlaqələr xalqlarımızın iradəsi əsasında qurulub”

“Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib. “Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı …

Read More »

XİN: “Londondakı səfirliyimizə qarşı təxribat törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. Boyukmillet.com L.Abdullayevaya ünvanlanmış sualı və XİN rəsmisinin cavabını təqdim edir: Sual: “Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respublikasının bu ölkədəki səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini …

Read More »

Britaniyanın Avropa üzrə naziri Azərbaycan diplomatı ilə görüşüb, səfirliyə hücumu pisləyib  

“Azərbaycanın Londondakı səfirliyindəki ciddi təhlükəli hadisədən sonra bu gün həmin ölkənin Britaniyadakı səfirliyində Azərbaycan səfiri Elin Süleymanovla danışdım. Böyük Britaniya hökumətinin İngiltərədəki bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinin vacibliyini vurğuladım və hadisənin baş verməsinə görə dərin təəssüfümü bildirdim”. Boyukmillet.com xəbər verir ki, bunları Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Qrehem Stüart deyib. Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni müzakirə etmək üçün ölkəmizin …

Read More »

Azərbaycan XİN Misirə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib. “Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, – paylaşımda qeyd olunub. Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər …

Read More »