Xarici siyasət

Azərbaycan, Türkiyə və Özbəkistan arasında Daşkənd Bəyannaməsi imzalanıb

“Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb. “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, – o vurğulayıb.

Read More »

Türkiyə və Özbəkistan XİN başçıları regional əməkdaşlığı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistanın xarici siyasət idarəsinin rəhbəri vəzifəsini icra edən Vladimir Norov regional əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə M.Çavuşoğlu tviterdə yazıb. “Strateji tərəfdaşımız Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov ilə ikitərəfli münasibətlərimizi və regional məsələləri müzakirə etdik”, – paylaşımda deyilir.

Read More »

Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq

“Azərbaycan, Türkiyə və Özbəkistan arasında regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”. Boyukmillet.com xəbər verir, bu barədə Özbəkistan Prezident Administrasiyası rəhbərinin müavini və Prezidentin mətbuat katibi Şerzod Asadov tviterdə yazıb. “Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək. Özbəkistan, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə regional əlaqələrin möhkəmlənməsinə …

Read More »

Rusiyanın İsveçdəki səfiri XİN-ə çağırılıb

Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS”ın müxbirinə diplomatik nümayəndəlikdən məlumat verilib. “Xarici İşlər Nazirliyinə səfirin çağırılmasını təsdiqləyə bilərik. Lakin danışıqların təfərrüatları barədə məlumat verə bilmərik”, – səfirlikdən bildiriblər.

Read More »

Ceyhun Bayramov Karen Donfridə erməni silahlılarının Azərbaycandan tam çıxarılmadığını bildirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı …

Read More »

Azərbaycan hökuməti İrana başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Read More »

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, iclas Daşkənddə baş tutub. İclas çərçivəsində KOBİA və Özbəkistan prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında əməkdaşlığa dair Memorandum …

Read More »

Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşünün tarixi məlum olub

Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün tarixi məlum olub. Boyukmillet.com  xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş avqustun 2-də baş tutacaq. Məlumata görə, görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Eyni zamanda, Xəzər dənizindən keçən Şərq-Qərb dəhlzii ilə bağlı perspektivlər barədə danışılacaq.

Read More »

Ersin Tatar səlahiyyət müddəti başa çatan Britaniyanın ali komissarını qəbul edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar səlahiyyət müddəti başa çatan Böyük Britaniyanın ali komissarı Stiven Lilli qəbul edib.  Boyukmillet.com xəbər verir ki, Ersin Tatar Kıbrıs məsələsi ilə bağlı Kıbrıs türk tərəfinin fikirlərini bölüşüb və rum tərəfinin güc və sərvəti Kıbrıs türkləri ilə bölüşmək istəməməsi səbəbindən yalnız suveren bərabərlik əsasında iki dövlətli anlaşmanın real və praktiki olacağını vurğulayıb. Tatar Lilliyə …

Read More »

Dövlət Departamenti: “Minalar insanların təhlükəsiz geri qayıtmasına mane olur”

“Minalar mülki vətəndaşları öldürür və şikəst etməklə yanaşı, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur”. Boyukmillet.com xəbər verir ki, münaqişə zonasında olan minalar və partlamamış hərbi sursatlar mülki vətəndaşları öldürməkdə və şikəst etməkdə davam edir, iqtisadi inkişafa və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur: “Regional sülhə və əməkdaşlığa dəstək məqsədilə ABŞ 2021-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin gedişində zərər çəkmiş …

Read More »