Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

İlham Əliyev: Səfər zamanı əldə edilmiş razılaşmalar İran-Azərbaycan dostluğunu, qardaşlığını bir daha təsdiqləyir

Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib. Dövlət başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq …

Read More »

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Read More »

Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür

ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür. Boyukmillet.com xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycanla bağlı bu niyyəti Ermənistan və Gürcüstandakı görüşlərdə də bildirib: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması böyük nailiyyətdir”.

Read More »

Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb. Qeyd olunub ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var. Bundan başqa, Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə …

Read More »

Rəsmi Bakı: Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın əsassız tələblərinin heç bir nəticə verməyəcəyini nümayiş etdirir

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 25 aprel 2025-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci …

Read More »

Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir

Rəsmi Bakı aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə ötən gün Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.  Qeyd olunub ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli …

Read More »

Türkmənistan ilk dəfə Bakıda TTM platformasında türk iqtisadi birliyinə qoşulub

Bakıda Türk Ticarət Mərkəzinin (TTM) açılışı Türkmənistanın iştirak etdiyi ilk iqtisadi tədbir olub. Boyukmillet.com xəbər verir ki, bunu TTM-nin direktoru Yılmaz Okuklu deyib. “Bu gün Türkmənistan ilk dəfə, qismən də olsa, məhz Azərbaycanda türk ölkələrinin dünya iqtisadi birliyinə qoşulub”, – o vurğulayıb. Tədbir “Türk Obası” mədəniyyət mərkəzində keçirilir, burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonları açılıb.

Read More »

BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqət çəkib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb. Məktub BMT Baş Assambleyasında və Təhlükəsizlik Şurasında rəsmi sənədi kimi yayılıb. Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəman kimi təbliğ edildiyi …

Read More »

Azərbaycan hökuməti Türkiyədəki silsilə zəlzələ ilə bağlı narahatlığını ifadə edib

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, telefon danışığı əsnasında İstanbul şəhərində baş vermiş silsilə zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, Azərbaycanın hər zaman olduğu kimi bu çətin məqamda da qardaş Türkiyənin yanında olduğu bildirilib. Hazırda Türkiyənin aidiyyəti qurumları tərəfindən bölgədə qiymətləndirmə, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması …

Read More »

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur. “Report”un Pekinə ezam olunan əməkdaşı xəbər verir ki, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Mərasim çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin …

Read More »