Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Hikmət Hacıyev Ağ Evdə Baydenin müşaviri ilə Azərbaycan-ABŞ tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. “Report” xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb. “Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, – Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.https://platform.twitter.com/embed/Tweet.html?dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3JlZnNyY19zZXNzaW9uIjp7ImJ1Y2tldCI6Im9mZiIsInZlcnNpb24iOm51bGx9LCJ0Zndfc2Vuc2l0aXZlX21lZGlhX2ludGVyc3RpdGlhbF8xMzk2MyI6eyJidWNrZXQiOiJpbnRlcnN0aXRpYWwiLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3R3ZWV0X3Jlc3VsdF9taWdyYXRpb25fMTM5NzkiOnsiYnVja2V0IjoidHdlZXRfcmVzdWx0IiwidmVyc2lvbiI6bnVsbH19&frame=false&hideCard=false&hideThread=false&id=1533907008524632064&lang=en&origin=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fhikmet-haciyev-abs-prezidentinin-komekcisi-ile-gorusub%2F&sessionId=dc3d0da0e47eeeac22fd709011f49570d87d6755&theme=light&widgetsVersion=b45a03c79d4c1%3A1654150928467&width=550px Today at @WhiteHouse I …

Read More »

Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi açılıb

Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin açılışı olub. Mərkəz Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə yaradılıb. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin deputatı, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz …

Read More »

Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Boyukmillet.com xəbər verir ki, heyətə DQİDK ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir. Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü qarşısında xatirəsini ehtiramla anıb, …

Read More »

Çavuşoğlu: “Azərbaycan enerji böhranı fonunda üzərinə böyük məsuliyyət götürüb”

“Azərbaycan enerji böhranı fonunda üzərinə böyük məsuliyyət götürüb”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə söyləyib. “Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk. Bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb. Qarşımızdakı həftələrdə bu məsələləri – istər energetika, istərsə də logistikanı müzakirə etmək məqsədilə …

Read More »

Ceyhun Bayramov: “Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”

“Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezident Kitabxanasının qurulmasının 30 illiyinə həsr edilən tədbirdə bildirib. “Qardaş dövlətin brendinin “Türkiye” olaraq dəyişdirilməsi ilə bağlı təbriklərimi çatdırıram. Bu brend qardaş ölkənin ən yaxşı şəkildə təqdim olunmasıdır. Bu il biz Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin bərpa edilməsinin 30 illiyinin qeyd edirik. Təsadüfi deyil ki, …

Read More »

XİN-də Azərbaycan-Bolqarıstan münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirilir

Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub. Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə isə Bolqarıstanın Azərbaycanda səfirlyii fəaliyyətə başlayıb. Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ildə açılıb.

Read More »

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə 6 iyun 2022-ci il tarixində Dost və Qardaş Ölkələrlə Diplomatik Münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə XİN-dən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Read More »

Erməni vandalizmi: ABŞ Dövlət Departamenti təsdiqləyir, UNESCO isə susur

“44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi və tarixi qələbə qazandıq. Bu qələbədən sonra beynəlxalq ictimaiyyət Ermənistanın cinayətkar əməllərinin, vandallığının əyani şahidi oldu. Dünya gördü ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında təkcə insanlara qarşı deyil, dini, milli abidələrə, təbiətə, bir sözlə gözlə görülən hər şeyə qarşı vəhşiliklər törədiblər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı …

Read More »

Azərbaycan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İsveçrə Konfederasiyasını Xarici İşlər Federal Departamentinin dövlət katibinin müavini xanım Anna İfkovits rəhbərlik edib. Danışıqlar zamanı ikitərəfli …

Read More »

İsrail lideri: “Azərbaycan sabitlik adasıdır”

“Azərbaycan sabitlik adasıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikir İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tellərə malikdir. Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli …

Read More »