Qazaxıstan səfirliyi Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qazaxıstan diplomatik nümayəndəliyinin feysbukdakı paylaşımında deyilir. “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir. Azərbaycan xalqına və dövlətinə bundan sonra da dinamik inkişaf, sülh, əmin-amanlıq və tərəqqi arzu edirik!”, – paylaşımda bildirilir.
Read More »Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib
“Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Can Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqımıza azad illər arzulayıram”. Boyukmillet.com xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özünün tviter səhifəsində yazıb.
Read More »Fransa səfirliyi Azərbaycanı təbrik edib
Fransa səfirliyi Azərbaycanı dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Fransa diplomatik nümayəndəliyinin feysbuqdakı paylaşımında deyilir. “Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edirik!”, – paylaşımda deyilir.
Read More »Türkiyəli nazir: “Qarabağ zərərindən sonra problemləri həll etmək daha asandır”
“İki ölkə arasında həll olunmayan problem yoxdur. Qarabağ zərərindən sonra problemləri həll etmək daha asandır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin oktyabrın 18-də Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdən sonra deyib. O bildirib ki, iki ölkə qarşılıqlı əməkdaşlıq üçün bundan sonra da birgə çalışacaq.
Read More »Türkiyə səfirliyi Azərbaycanı təbrik edib
Türkiyə səfirliyi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəmizi təbrik edib. Boyukmillet.com xəbər verir, təbrikdə deyilir: “Kədər, əzab və göz yaşı. 20 Yanvar qətliamı, Xocalı soyqırımı və işğallar. Şərəfli mübarizə və müstəqillik. Uğur və daim rifah içində yaşa, Azərbaycan. Müstəqilliyinin bərpasının otuzuncu yaşı mübarək olsun!”
Read More »Qətərin XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib
Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycanda rəsmi səfərdədir Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Read More »Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü Şəhriyarın şeiri ilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tviter səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun. “Könlüm quşu qanad çalmaz, Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)”, – paylaşımda bildirilib. Kardeş Azerbaycan’ın bağımsızlığının yeniden kazanılmasının 30.yılını canı gönülden kutluyoruz.Bağımsızlığınız ve kardeşliğimiz ebedi olsun.“Könlüm quşu …
Read More »Deputat: “İranın məscidləri dağıdan Ermənistana dəstəyi İslam dəyərləri ilə bir araya sığmır”
“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpası Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda ölkəmiz region ölkələrinin yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsləri ilə çıxış edir. Bu baxımdan, Azərbaycan Ermənistanla beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh sazişi imzalamağa hazırdır. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında video formatda çıxışı zamanı bu məsələlər barədə mövqeyini bir …
Read More »Zakir Həsənov Fransa nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın Piyada əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan müdafiə naziri Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədən sonra azad edilən ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından …
Read More »Azərbaycan və Gürcüstanın Baş prokurorları arasında görüş olub
Oktyabrın 15-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Baş prokuroru İrakli Şotadzenin dəvəti ilə Tbilisiyə səfər edib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Gürcüstan Prokurorluğunda nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib. K.Əliyev səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar