“Ermənistan vaxtilə işğal altında saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan höküməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. …
Read More »“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməklə beynəlxalq sülhün və təhlükəsizliyin güclənməsinə əsaslı töhfə verir”
“Azərbaycan bir sıra beynəlxalq qurumlarda, o cümlədən Qoşulmama Hərəkatında uğurla təmsil olunur. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. …
Read More »Prezident İlham Əliyev Tayhu Dünya Mədəniyyət Forumunun iştirakçılarına müraciət edib
Çinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb. Boyukmillet.com xəbər verir ki, Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir. Son illər dünyada nüfuzu sürətlə …
Read More »Prezident Azərbaycanla BMT arasında bağlanmış sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında 2019-cu il mayın 31-də və iyunun 21-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Saziş təsdiq edilib.
Read More »İlham Əliyev Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandumu təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma …
Read More »XİN: “Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb”
“Bu gün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib. XİN rəsmisi əlavə edib ki, …
Read More »Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib. Boyukmillet.com xəbər verir ki, nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin …
Read More »Ərdoğanla Bayden Qarabağ məsələsini müzakirə edəcək
“ABŞ-la geniş əlaqələrimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib: “ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, …
Read More »Azərbaycan QHT-ləri Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan QHT-ləri Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan …
Read More »Azərbaycan BMT Baş Assambleyasına yeni qətnamə layihəsi təqdim edəcək
“Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib. “BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və biz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar