Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Azərbaycan Britaniyaya ərazilərin minadan təmizlənməsində dəstəyə görə təşəkkür etdi

Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən “Report”a verilən məlumata görə, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu …

Read More »

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Read More »

BMT-də Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib

İyunun 2-4-də 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi məqsədləri ilə sui-istifadə …

Read More »

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Daily Sabah” yayıb. O, iyunun ilk həftəsində Azərbaycana gələcək. Qeyd edək ki, XİN başçısı mayın 31-də Yunanıstana gedəcək. M.Çavuşoğlu iyunun 12-14-də isə Belçikaya səfər edəcək.

Read More »

BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin edib

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi Şimali Makedoniya vətəndaşı Vladanka Andreyeva təyin olunub. Boyukmillet.com bu barədə diplomatik mənbələrə istinadən xəbər verir. Hazırkı rezident əlaqələndirici Qulam İsaqzainin səlahiyət müddəti bu ilin iyununda başa çatır. İxtisasca həkim olan V.Andreyeva 2017-ci ildən Kambocada UNAIDS-in ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında çalışmış diplomat ingilis, serb, rus dillərini bilir.

Read More »

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi missiyasını başa vurur

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ölkədəki missiyasını başa vurur. Boyukmillet.com xəbər verir ki, diplomat iyunun ikinci yarısında Azərbaycanı tərk edəcək. O, Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib. Xatırladaq ki, Qulam İsaqzai 2016-cı ilin aprelindən bəri BMT-nin Azərbaycandakı rezident əlaqələndirici olub.

Read More »

Ceyhun Bayramov Avstriyada ATƏT-in baş katibi ilə görüşəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb. Bu barədə  Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün …

Read More »

Azərbaycanın Baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedir

Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfərə gedəcək. Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

Read More »

Hikmət Hacıyev Brüsseldə: NATO baş katibinin müavini ilə görüş olub – FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.

Read More »