“Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər …
Read More »Azərbaycan XİN İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyib
Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılmasını qətiyyətlə pisləyirik”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılması ilə əlaqədar bəyanatında əksini tapıb. “Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak …
Read More »Putin Türkiyəyə səfər edəcək
Rusiya Prezidenti Prezident Vladimir Putin Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazir bildirib ki, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak etməsi nəzərdə tutulub: “Prezidentlər belə bir görüşün vacibliyi barədə razılığa gəliblər”. S.Lavrov yaxın vaxtlarda səfərlə bağlı …
Read More »Azərbaycan XİN İsraili təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsraili müstəqillik bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tvitterdəki paylaşımında bildirilir. Paylaşımda İsrail dövləti və xalqına müstəqilliyinin elan edilməsinin 75-ci ildönümü münasibətilə təbrik ünvanlanıb. “Azərbaycan – İsrail strateji tərəfdaşlığının dərinləşməsini səbirsizliklə gözləyirik”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında qeyd olunur.
Read More »Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib
Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib. Bu barədə Boyukmillet.com “Rəsmi qəzet”ə istinadən xəbər verir. Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsqiqləyib. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 dekabr 2022-ci ildə təsdiqlənib. Türkiyə həmçinin Azərbaycan ilə bitki mühafizəsi və karantini …
Read More »Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Dövlətə Fədakarlığa” görə medalı ilə təltif edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib. Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasedicini də təltif edib.
Read More »Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub
Aprelin 25-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan lideri İsrail Prezidentini təbrik edib
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Ötən dövr ərzində İsrail bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş və dünyanın …
Read More »İlham Əliyev: “Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur”
“Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa ünvanladığı məktubda yer alıb. “Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır. Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və …
Read More »AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb. Boyukmillet.com xəbər verir ki, bu fikirləri o, Avropa Şurasının yaz sessiyası zamanı söyləyib. “İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, – o qeyd edib. Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
