İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnaməni qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı …
Read More »İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirilib
16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə …
Read More »Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti müzakirə ediblər
Martın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəlxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər. Tərəflər həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq …
Read More »XİN: “Ermənistanın bəyanatı təxribatları ört-basdır etmək məqsədi daşıyır”
Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hazırkı postmünaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır. Boyukmillet.com xəbər verir …
Read More »Azərbaycan və Rusiya Prezidentləri Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasını müzakirə ediblər
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Read More »Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə dair martın 15-də qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır. Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə …
Read More »Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri martın 16-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
Read More »Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birgə naharı olub
Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birgə naharı olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.
Read More »TDT-nin Ankara Bəyannaməsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum qınanılıb
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TDT Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib. Bəyannamə sənədində vurğulanıb ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.
Read More »TDT-nin növbəti Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, TDT-nin X sammiti Türküstanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar