Bazar , 5 Aprel 2026
Drone Cameras

Çavuşoğlu Avropa Birliyinə meydan oxudu – 4-cu gəmi də göndəriləcək

“Avropa Birliyinin sanksiya qərarının heç bir əhəmiyyəti yoxdur. Bu qadağalar boş açıqlamalardır”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyinin Ankaraya qarşı sanksiya qərarına münasibət bildirərkən belə deyib:

“Bu qərarlar Kipri razı salmaq üçün atılmış addımlardır. Mənasız mesajlardır. Əhəmiyyəti yoxdur. Orda 3 gəmimiz var. 4-cü gəmini də göndərəcəyik”.

Xatırladaq ki, Avropa Birliyi Aralıq dənizinin şərq hissəsindəki fəaliyyətinə görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək barədə qərar verib.

Sanksiyalar, Ankaraya maliyyə yardımının məhdudlaşdırılmasını, nəqliyyat sazişi ilə bağlı danışıqların təxirə salınmasını əhatə edir.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …