Bazar , 23 Fevral 2025
Drone Cameras

Çavuşoğlu: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır”

“Rusiya ilə bir çox sahələrdə əməkdaşlığımız var. Regional məsələlərlə bağlı fərqli mövqedə olasaq da, rəsmi Moskva ilə bu sahədə də iş birliyimiz mövcudur. Suriya məsələsində də fərqli tərəflərdə olmağımıza baxmayaraq, Astana prosesi ilə başlayan əməkdaşlığımız davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Deyə bilərəm ki, Liviya məsələsində də fərqli mövqedəyik, amma orada atəşkəsin davamlı olması üçün Rusiya ilə yüksək səviyyədə əməkdaşlığımız davam edir”, – o vurğulayıb.

M.Çavuşoğlu bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla sabah Soçidə keçirəcəyi görüşdə Azərbaycan-Ermənistan məsələsini də müzakirə edəcəklər: “Azərbaycanın sərhəd təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində təmin olmalıdır. Bununla bağlı gələcəkdə atılacaq addımları nəzərdən keçirəcəyik”.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …