Cümə , 22 Noyabr 2024
Drone Cameras

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

“Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib.

Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası yaradılıb.

Azərbaycan da Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır.

“Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan da bu xoşməramlı yaxınlaşmalara cavab versin. Ermənistan administrasiyası daxilindəki radikallar, xaricdə isə diasporun təzyiqi altındadır. Dünənki görüşümüzdə Türkiyə və Azərbaycanın sülh istədiyini bir daha xatırlatdıq və regionun sabitliyi üçün xoş niyyətlərini ortaya qoyduq”. – Çavuşoğlu vurğulayıb.

Check Also

Türkiyədə əməliyyat keçirilib, FETÖ liderinin mühafizəçisi saxlanılıb

Türkiyənin Kayseri şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində keçmiş FETÖ lideri Fətullah Gülənin mühafizəçisi saxlanılıb. Boyukmillet.com xəbər …